Responsive Imagee

IBM SolutionsConnect 2016



Xəbərlər

Ən son yeniliklər.

Xidmətlərimiz

Göstərdiyimiz xidmətlərin siyahısı.

Nəşriyyat fəailiyyəti

- Kontentin hazırlanması, onun redaktə və təshih edilməsi
- Tərcümə xidmətləri.
- Poliqrafiya məhsullarının (açıqcalar, broşürlər, kitablar, şəkilli albomlar, eksklüziv nəşrlər və s.) geniş spektrinin dizaynı, səhifələnməsi və nəşri.
- Qrafika və illüstrasiya işləri.
- İstənilən mövzu üzrə peşəkar fotoxidmətləri.

Sərgi və Muzey fəaliyyəti

- Çeşidli muzey ekspozisiyalarının və mövzulu sərgilərin ideya və konsepsiyasının işlənib hazırlanması.
- Tematik və ekspozisiya planlarının tərtib edilməsi.
- Sərgi stendlərinin və pavilyonların hazırlanması.
- Multimedia təqdimatları.
- Sərgi və ekspozisiyalarda interaktiv elementlərin tətbiqi.

Küçə reklamının hazırlanması

Vitrin və fasadların tərtibatı, kompozit materialların istifadəsi və tamrəngli çap.
İşıq qutularının, irihəcmli hərflərin, neon reklamının, panel-kronşteynlərinin və interyer reklamının çeşidli təklifləri Bu istiqamət üzrə fəaliyyətimizin özəl cəhətləri yaradıcılıq, çeviklik və keyfiyyətdir


PR Sahəsi

- TV (proqramlar, reklam çarxları, hesabatlar, dəvətnamələr, xüsusi filmlər və s.)
- Radio
- İnternet
- İnformasiya agentlikləri
- Reytinqli çap nəşrləri
- Küçə reklamı
- Yazı, məqalə və PR materiallarının hazırlanması və nəşri
- Təqdimat və tədbirlərlə bağli bütün növ PR aksiyalarının təşkili.

Tanıtım məhsulları

- Müştərilərimizin diqqətinə beynalxalq miqyasda tanınan istehsalçıların çeşidli kataloqları əsasında seçilmiş biznes-suvenirlər və hədiyyələr təklif olunur. Biz kütləvi şəkildə paylama və promo aksiyalar məqsədli az dəyərlə örnəkləri, eləcə də önəmli müştəri və partnyorlar üçün bahalı biznes-suvenirləri və hədiyyələri təklif etmək iqtidarındayiq. Tarixi-bədii sənət əsərlərindən və zəngin mədəni irsimizdən bəhrələnən (ipək, yun, metal, keramika) müasir üslublu suvenirlərin hazırlanması istehsal istiqamətimizin müstəqil qolunu təşkil edir.

Qrafik dizayn

İstənilən brendin digərlərindən seçilib dərhal tanınması hər hansı bir uğurlu işqüzar fəaliyyətin önəmli amillərindəndir. Bunun başlıcası qurumun fəaliyyətini tanıdan və onun fəlsəfəsini özündə əks etdirən aydın bir obrazın yaradılmasıdır. Qrafik dizayn vizual ünsiyyət sistemini formalaşdıraraq məhz həmin məqsədlərə xidmət edir. Əks halda hər hansı bir biznesin, ictimai hərəkatin və ya qurumun təşkilatlanması və yüksələ bilməsi xeyli çətinləşir. Həmin məqamı aydın və dərindən dərk edərək belə növ xidmətləti təqdim etməyə hazırıq. Loqotiplər, korporativ üslub, qablaşdırma dizaynı və digər qrafik məhsulların geniş çeşidli variantları təklif olunur. Yalnız yeni tərzdə, keyfiyyətçə dərindən və dolğun düşünülmüş, məlumatlandırıcı və daim gündəmdə olanlar.

Gördüyümüz ən maraqlı işlər

Burada yerləşdirdiklərimiz işlərimizin çox az bir faizini təşkil edir.

Onlar bizə güvəndi!

Bu sahədə 15 ildən çox bir təcrübəmiz var. Təcrübələrimizdən daimi istifadə edən müştərilərimiz.



Sualınız var? Biz onu hər zaman cavablandırmağa hazırıq!

Get in touch with us